• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 16.12.2021 16:07

Yaşadığı evə şəhidin barelyefi vurulub

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi iştirakçısı Sərxan Muxtarovun xatirəsini əbədiləşdirmək məqsədilə, atasının çalışdığı Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə yaşadığı evə barelyefi vurulub. Şəhidin hünərindən, vətən sevgisindən, rəşadətindən söhbət açılan mərasimdə keçdiyi döyüş yoluna nəzər salınıb. Mayor Sərxan Muxtarov, Vətən müharibəsində müxtəlif istiqamətlərdə hərbi əməliyyatlarda iştirak edib. Müharibə bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri bu ilin 12 yanvarında minaya düşərək şəhid olub.