• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 15.12.2021 17:39

Bazanın binasının söküntüsü davam edir

KepezTV Player

Gəncədə Futbol Akademiyasının tikintisi ilə əlaqədar Kəpəz klubunun ev oyunlarını keçirdiyi şəhər stadionunun inzibati binasında söküntü işləri davam edir. Sovet dönəmində inşa olunan və müəyyən vaxtlarda kosmetik işlər görülən tikilinin istismar müddəti başa çatıb. Təhlükəsizlik tədbirləri məqsədilə ətrafı hasarlanan binanın hazırda dam örtüyünün və ikinci mərtəbəsinin söküntü işləri gedir. Plana uyğun olaraq yaxın vaxtlarda tikili tamamilə söküləcək və yerində nəzərdə tutulan yeni binanın inşasına başlanacaq. Futbol akademiyasının 1 il ərzində tikilərək istifadəyə verilməsi planlaşdırılır.