• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 15.12.2021 17:38

Gəncə polisi avtomobillərinə dəyişiklik edənləri aşkarlayıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.Aparılan monitorinqlər zamanı bir neçə “BMW” və  “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib. Belə ki, araşdırmalar zamanı həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, obarələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.