• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 15.12.2021 16:30

Prezident moldovalı həmkarı ilə görüşüb

KepezTV Player

Brüsseldə Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub. Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olunub. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Prezident ukraynalı həmkarı ilə görüşüb

Brüsseldə Prezidentin Ukrayna Prezidenti Vladimir Zelenski ilə də görüşü olub.Söhbət zamanı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, biznes dairələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.