• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2115
— 14.12.2021 18:23

Arı xəstəlikləri və onlarla mübarizə yolları izah edilib

KepezTV Player

Respublika arıçılarının qarşısında duran əsas vəzifələrdən biri də məhsuldarlığın artırılması, balın keyfiyyətinin yüksəldilməsidir. Ancaq bu sahədə inkişafa mane olan amillər var. Bunlardan biri də arı xəstəlikləri və zərərvericilərdir. Problemin qarşısının alınması yollarının izahı üçün Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Samuxda bu rayondan və Gəncədən olan arıçılar üçün seminar keçirilib.

Hazırda ölkədə 550 mindən artıq arı ailəsi var ki, bu da ildə 6 min tona yaxın bal istehsalı deməkdir. Hər arı ailəsinə 10 kq-a yaxın bal düşür. Məhsuldarlığın daha da artırılması üçün zərərverici və xəstəliklərlə mübarizə əsas şərtlərdəndir.

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi seminarda  arı pətəklərinə baxış keçirilib,ailənin gücü, ana arının səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatlarının dəqiq yoxlanması qaydaları barədə ətraflı məlumat verilib. Yem ehtiyatı az olan pətəklərə şəkər şərbəti qoymağın vacibliyi qeyd edilib. Məqsəd ana arının yumurtaqoyma qabiliyyətini artırmaqdır. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.

Seminarda arıçıları maraqlandıran suallar cavablandırılıb, fəal iştirakçılara sertifkatlar təqdim edilib.

 

Elnur Vahidoğlu