• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 14.12.2021 18:49

Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün müsahibələr başlayıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi keçirilən imtahanlarda zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslərlə müsahibə mərhələsinə start verib. Ötən illərdən fərqli olaraq bu il, pedaqoji fəaliyyətlə məşğul olmayan şəxslər də zal nəzarətçisi qismində imtahanlarda iştirak edə biləcəklər.

Zal nəzarətçisi olmaq üçün müsahibəyə dəvət olunanlar əvvəlcə tələb olunan sənədləri təqdim edir, daha sonra özü haqqında məlumat verir. Dövlət İmtahan Mərkəzinin seçim meyarları isə müsahibə zamanı namizədin psixoloji və fiziki cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, stress vəziyyətində işləmək bacarığı yoxlanılmasından ibarətdir.

Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikatlaşdırma iki formada aparılacaq. A və B kateqoriyaları üzrə sertifikatlaşdırılan zal nəzarətçiləri imtahanlarda topladıqları ballara əsasən qiymətləndiriləcəklər. Əvvəllər yalnız pedaqoqlar bu fəaliyyətə cəlb olunurdursa, artıq digər müəssisələrin ali təhsilli işçiləri də zal nəzarətçisi qismində prosesdə iştirak edə biləcəklər

Müsahibələrin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Məqbul qiymət alanlar psixoloji və məntiqi test tapşırıqlarından ibarət imtahana cəlb olunacaqlar. Yekun olaraq iki günlük təlimlərdə iştirak edən namizədlər bu təlimləri də uğurla başa vurduqdan sonra zal nəzarətçisi kimi imtahanlara cəlb olunacaqlar. Bu günə qədər respublika üzrə 1000-dən artıq şəxs zal nəzarətçisi olmaq üçün qeydiyyatdan keçib, müsahibələr davam edir.

Valeh Anaroğlu