• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 14.12.2021 18:42

Müəllimlərin bilik və bacarıqlarının artırılması üçün konfrans keçirilib

KepezTV Player

Gəncədə “etwinning plus” layihəsi çərçivəsində “Layihələrdə texnotəhsil modeli" mövzusunda üç günlük regional konfrans keçirilib. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 55 müəllim iştirak edir. Pedaqoqlar üçün  XXl əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil edilir. Konfrans çərçivəsində uğurlu layihə modeli, layihənin platformada yaradılması və planlanması, layihə mövzularının milli kurikuluma inteqrasiyası mövzularında müxtəlif təlimlər və müzakirələr də keçirilir. Təlimlər yerli mütəxəsislər tərəfindən aparılır. Respublikamız 2013-cü ildən “etwinning plus” layihəsində iştirak edir. İndiyədək 1027 məktəbdən 3765 müəllimin iştirakı ilə 4017 təhsil layihəsi həyata keçirilib.