• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 14.12.2021 18:57

Vaksinasiya koronavirusa qarşı ən təsirli metoddur

KepezTV Player

Koronavirus əleyhinə vaksinasiya xəstəliklə mübarizədə ən vacib amillərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da infeksiyadan qorunmaq və xəstələyi yüngül keçirmək üçün ən başlıca şərtin məhz peyvənd edilmək olduğunu açıqlayıb.

Gəncədə vaksinasiya ilə bağlı vəziyyətdən danışarkən Hande Harmancı ölkənin ikinci böyük şəhərində risk qrupuna daxil olan insanların böyük qisminin iki doza vaksinasiyadan keçdiyini qeyd edib. ÜST nümayəndəsi digər əhali qruplarının da peyvəndləmə prosesində iştirakının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə 3 qrup var ki, onlara vaksin vurulması olduqca əhəmiyyətlidir.

Hande Harmancı vaksinasiyanın yoluxma hallarının aşağı düşməsinə böyük dərəcədə təsir etdiyini də bildirib. Onu da qeyd edib ki, buna baxmayaraq, pandemiya dövrünün digər şərtlərinə də əməl etmək lazımdır. Bura ara məsafəsinin gözlənilməsi, maskalardan istifadə və əl gigiyenası daxildir.

Hazırda dünyanın 60-a yaxın ölkəsində koronavirusun omikron ştamına yoluxma qeydə alınıb. Mütəxəssislər digər variantlar kimi bu ştamla mübarizədə də vaksinasiyanın vacib rol oynadığını deyirlər.