• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 13.12.2021 20:29

AFFA “Kəpəz”in elitada çıxış etməsini arzulayır

KepezTV Player

Gələn futbol mövsümündən “Kəpəz”in premyer liqada iştirak edəcəyini bütün azarkeşlər böyük həyəcanla gözləyirlər. Həmçinin klubu ev oyunlarını keçirdiyi Gəncə şəhər mərkəzi stadionun təmirini. Fanatlar kimi AFFA-da da Gəncə kollektivinin elitada çıxış etməsini və arenanın tezliklə yenidən qurulmasını arzulayırlar.

Gəncə şəhər stadionunun yaxın gələcəkdə təmiri planlaşdırılır

AFFA-nın belə düşünən rəsmiləri sırasında qurumun birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev də var. O, ölkənin köklü kollektivlərindən olan Kəpəzin premyer liqaya qayıtmasında maraqlı olduqlarını ifadə edib. Rauf Əliyev  kluba AFFA tərəfindən hər cür dəstək verildiyini, bunun müqabilində isə sarı-göylərin 1-ci divizionda yaxşı nəticə göstərərək qarşıdakı mövsümdə elitaya yüksələcəklərinə inandıqlarını deyib.

Rauf Əliyev Gəncə şəhər mərkəzi stadionu ilə bağlı sualı da cavablandırıb. Qurum rəsmisi bu problemin aidiyyatı qurumlarla ortaq məxrəcə gəlinərək, dövlət praqramına salınmaqla həllini tapacağını bildirib.

Kəpəz stadionu ötən əsrin 60-cı illərində istimara verilib. Arenada müxtəlif vaxtlarda kosmetik işlər görülsə də, hazırda idman qurğusunun bəzi tribunaları qəzalı durumdadır. Amfiteatrı xatırladan stadionun əsaslı şəkildə təmirinə ehtiyac var.