• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 12.12.2021 18:54

Bələdiyyələrlə bağlı seminar keçirilib

KepezTV Player

Azərbaycan Texnologiyya Universtetində Yerli özünü idarə etmənin müasir vəziyyəti və inkişaf prespektivləri mövzusuna həsr olunan elmi-praktiki seminar keçirilib. Seminarda ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazasının məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb. 1995-ci ildə qəbul edilən Konstitusiyada ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi 1999-cu ilin dekabırında ilk bələdiyyə seçkilərinin keçirilməsi oldu və bununlada hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Bundan sonra ölkəmizdə ardıcıl olaraq bələdiyyə seçkiləri keçirildi. Bununla da Respublikamızda yeni bir idarəedici sistem yaradıldı. Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.