• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 12.12.2021 19:59

Hande Harmancı yeni ştamm haqqında danışıb

KepezTV Player

2 ilə yaxındır dünyanı bürüyən koronavirus infeksiyasının bu müddət ərzində bir neçə növü aşkarlanıb. Sonuncu dəfə isə bu xəstəliyin mutasiyaya uğrayan növü ötən ayın sonunda ortaya çıxan omikron ştammı olub. Hələlik bu ştammla bağlı geniş məlumat olmasa da, Gəncəyə səfər edən Ümumdünya Səhiyyə Təşkilatınınn Azərbaycandakı nümayəndəsi Hande Harmancı yeni ştamm haqda fikirlərini bölüşüb.

Omikron ştammı ilk dəfə Cənubi Afrikada peyda olub. Getdikcə yayılaraq bir çox ölkədə rast gəlinən koronovirusun bu növü insanlar arasında təşviş yaradıb. Bu, omikron ştammı haqda az informasiya olması ilə əlaqəlidir. Eləcə də yayılma sürəti daha fərqlidir.

Hande Harmancı omikron ştammına qarşı görüləcək tədbirlərdən də danışıb. ÜST rəsmisi Delta ştammında edilən bütün qabaqlayıcı işlərin eynilə yeni ştamm əleyninə də oluna biləcəyini deyib.

Azərbaycanda hazırda hər kəsi bir sual düşündürür. Görəsən omikron ştammı ölkədə aşkar edilibmi? Hande Harmancı bu haqda da danışıb.

Ümumiyyətlə istər koronavirusun omikron, istərsə də digər ştamları olsun bu xəstəliyə yoluxmamaq insanların öz əlindədi. Bu isə çox sadədir. Verilən bütün göstərişlərə, yəni tibbi maskadan istifadə, gigiyenik qaydalara riayət etmək və fiziki məsafənin qorunması hər kəsi Covid-19-dan qoruyur.