• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 12.12.2021 19:05

Heydər Əliyev-Gəncə və Nizami sevgisi

KepezTV Player

Ulu öndər, uzaq görən siyasətçi Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər xoş xatirələrlə yad edilir. Ümummilli liderin siyasi fəaliyyətində Gəncə də xüsusi yer tuturdu. Elə Heydər Əliyev hələ sovet Azərbaycanının rəhbəri seçilərkən ilk gəldiyi şəhər də Gəncə olub. Qədim Gəncədə ötən əsrin 70-80-ci illərində görülən bütün infrasturuktur layihələr, tarixi abidələrin bərpası və ədəbiyyat, incəsənət sahəsində görülən işlərdə məhz ulu öndərin adı ilə bağlıdır. İndi onların sırasında yer alanlardan birindən danışacağıq.

Qədim Gəncənin tarixinə toxunmamaq məqsədilə yeni təklif hazırlandı. Yeni Gəncə və Gülüstan yaşayış massivlərinin salınması ilə Gəncənin inkişaf etdirilməsi və genişləndirilməsi. Həm də Gəncə adının bərpasına əsas yaradan yeni massivin salınması ümummilli liderin uzaqgörənliyinin nəticəsi oldu. Yeni çoxmərtəbəli binaların tikintisi, sosial infrastrukturun yaradılması özündə həm də mədəni çalarları birləşdirdi. Yeni Gəncədə ucalan binaların üzərində Nizami və Puşkinin əkslərinin yer alması diqqət çəkən məqamlardadır.

Görünən odur ki, Heydər Əliyev üçün Gəncə xüsusi önəm daşıyırdı. Həm tarixi əhəmiyyəti, həm də müasir şəhər olması ilə.

Uzaqgörən siyasətçi Gəncə və Nizami vəhdətinə həmişə önəm verib. Məhz elə buna görə də Gəncənin qədimliyinin qorunub saxlanmasını da Nizami adı ilə görürdü. Ona görə də Gəncədə o dövr üçün çətin olan bir sıra işlərin həyata keçirilməsinə nail oldu.

Bu gün də Heydər Əliyev ideyaları Gəncədə yaşayır. Həm ulu öndərin adına olan Fond, həm də ölkə prezidentinin tarixi, dini, mədini abidələrin təmir-bərpasına olan diqqəti, yeni layihələrin icrası Gəncəyə olan sevginin təzahürüdür.

 

Elnur Vahidoğlu