• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 12.12.2021 19:18

Gənclər ulu öndərin anım günü ilə bağlı bir araya gəldilər

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə baş tutan tədbirə tələbə gənclər təşkilatlarının üzvləri və könüllü gənclər qatılıb. 50-dən çox gəncin iştirak etdiyi tədbirdə ulu öndərin həyatı və hakimiyyəti dövrlərini əhatə edən stendlərin önündə bələdçilər tərəfindən məlumatlar verilib. Ardınca ümummilli liderin gənclər sahəsində gördüyü işlərdən danışılıb, onun müasir gəncliyin formalaşmasında rolunun böyük olduğu ifadə edilib.

Sonda Heydər Əliyev haqda nümayiş etdirilən qısametrajlı film izlənilib.