• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 12.12.2021 19:40

Ulu öndərin xatirəsi yad edilib

KepezTV Player

Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Ulu öndərin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım mərasimi şəhərin baş meydanında təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Dahi lider Heydər Əliyevin baş meydanda ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Samux rayonunda da Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib. Rayon İcra Hakimiyyətinin, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, gənclər və idmançılar Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini anıblar. Samuxlular ulu öndər Heydər Əliyevin rayona tarixi səfərlərini və kənd zəhmətkeşləri ilə görüşlərini xoş xatirələrlə yada salıblar.