• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 11.12.2021 20:37

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edilib

KepezTV Player

Gəncədə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbir baş tutub. Söz ustadının yaradıcılığından bəhs edilib.

Uşaq Gənclər İnkişaf Mərkəzində ölkə başçısının sərəncamına uyğun olaraq Aşıq Ələsgərin 200 illik yubleyi ilə bağlı tədbir keçirilib. Aşıq Ələsgərin haqq aşığı olaraq şifahi xalq ədəbiyyatımızı, aşıq sənətinin ənənələrini davam etdirdiyi vurğulanıb. Onun yaradıcılığında qoşma, gəraylı, təcnis, eləcə də digər şer növləri yer alıb. Çox əsirlik aşıq sənətini yaşadan  Aşıq Ələsgər öz məktəbi yaradıb.

Tədbirdə mərkəzin şagirdləri Aşığın sözlərinə bəstələnən mahnılar ifa edib, şerlər səsləndiriblər.