• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 11.12.2021 20:35

Müsəlman ölkələrinin gəncləri erməni terrorunun izləri ilə tanış olublar

KepezTV Player

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Formunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi tərəfindən quruma üzv ölkələrinin 30 gənci Gəncəyə  səfər edib. Səfər çərçivəsində qonaqlar vətən müharibəsində Gəncənin ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazisində olublar. Qonaqlara məlumat verilib ki, Gəncənin müxtəlif ərazilərinə atılan raketlər nəticəsində 26 mülki şəxs həlak olub, 130 nəfər sakin yaralanıb. Minlərlə yaşayış və qeyri yaşayış obyektlərinə ziyan dəyib. Daha sonra qonaqlar İnsan Hüquqları mövzusunda tədbirdə də iştirak ediblər.

Musa Keysesiz  qambiyalı gənci: Bakı Dövlət Universtetinin Beynəlxaq Münasibətlər fakültəsində təhsil alıram. Burada gördüklərimlə bağlı təsüratlarım mənfidir, bu mənə çox pis təsir göstərdi. Düşünürəm ki, müharibədə nə baş verirsə döyüş meydanında olmalıdır. Müharibədə dinc vətəndaşlar hədəfə alınmamalıdır.

Möminə Mehdi  pakistanlı gənc: Xəzər Universtetində təhil alıram. İstərdim ki, insan hüquqları günündə öz təsüratlarımı bölüşüm. Biz bu kədəri azərbaycanlılarla paylaşırıq. Dostlarımı, həmkarlarımı dəvət edirəm ki, gəlib bunları gözləri ilə görsünlər. Gəncədəki insanlar bu olanlara baxmıyaraq çox cəsarətli davrandılar. Onlar öz şəhərlərini tərk etmədilər.