• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 11.12.2021 14:40

19 yaşlı qəhrəman

KepezTV Player

19 yaşında həqiqi hərbi xidmətdə olarkən, ölümün ən şərəflisinə layiq olan, Təqi Əsgərovdan danışacayıq. Şəhidin anası hələ də onun yoxluğu ilə barışa bilmir.

Təqi Əsgərov 2001-ci il aprelin 9-da Gəncə şəhərində anadan olub və 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan qəhrəmanımız Vətən müharibəsinin iştirakçılarından olub.

Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad olunmasında uğrunda gedən döyüşlərdə topçu kimi fəaliyyət göstərib.O da döyüş yoldaşları kimi silaha sarılaraq, düşmənin gözünə dik baxaraq irəli atılıb.Təqi Əsgərov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Təqi Əsgərov Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda","Xocavəndin, "Füzulinin və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Qanları ilə tarix yazan bütün igidlər, Azərbaycan var olduqca daim qəlblərdə yaşayacaq.

Nərgiz Əhmədqızı