• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 10.12.2021 16:22

Karonavirusla bağlı layihə müzakirə olunub

KepezTV Player

Gəncə Tibb Kollecində  Avropa İttifaqının və Ümumdünya SəhiyyəTəşkilatının birgə icra etdikləri “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”layihəsi və COVID-19 peyvəndlərinin  tətbiqinə dəstək aksiyası çərçivəsində keçirilən təlim proqramlarının  nəticələri ilə bağlı konfrans keçirilib. Tibb bacısı ixtisası,onun vəzifə və öhdəlikləri, səhiyyə işçilərinin təhsilindəki təməl müddəalar, tibb personalı üçün keçirilən təlim proqramlarının səmərəsi kimi mövzulara toxunulub. 1 iyul 2021-ci il tarixindən etibarən Gəncə Tibb Kolleci də daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən 15 təlim mərkəzində kurslar həyata keçirilir.  Bu günədək COVID-19 vaksinasiyası üzrə 1850, təməl həyat dəstəyi üzrə 3000, təkmil həyat dəstəyi üzrə 190, COVID-19 xəstələrinin stasionarda idarəedilməsi üzrə isə 200 tibb işçisi təlim keçib.Təlimlər dekabr ayının sonunadək davam edəcək.