• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 09.12.2021 20:09

Sakinlər mavi yanacağın verilməsində narazıdırlar

KepezTV Player

"Azəriqaz" növbəti "Açıq mikrofon" aksiyasını ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə təşkil edib. Nizami yurdunda eşidilən problemlər sakinlər tərəfindən səsləndirilib.

Fikirlər Azəriqaz-ın təşkil etdiyi açıq mikrofon aksiyasında səsləndirilib. Gəncənin Gülüstan qəsəbəsində baş tutan görüşdə şəhər sakinlərinin və sahibkarların qaz təchizatı ilə bağlı üzləşdikləri problemlər dinlənilib. Sakinlər "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək təklif və şikayətlərini açıq şəkildə səsləndiriblər.

Sayca 33-cü olan aksiyada əsasən təbii qazın təzyiqinin artırılması, yeni salınan yaşayış massivlərinə qaz xəttinin çəkilməsi və sahibkarların borcları ilə bağlı təklif və problemlər yerindəcə aydınlaşdırılıb. Sözügedən məsələlərlə bağlı müvafiq qərarlar verilib.

Sayğacların əvəzlənməsi prosesi ilə bağlı məsələyə toxunan Azəriqaz rəsmisi mexaniki sayğacların smart-kart tipli sayğaclarla əvəzlənməsinə aydınlıq gətirib.

Təşkil olunan aksiyalar əhalinin problemlərini yerində dinləmək və operativ həll etmək məqsədi daşıyır.

Valeh Anaroğlu