• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 09.12.2021 12:33

Sanitar-karantin qaydaları ilə bağlı monitorinq keçirilib

KepezTV Player

Koronavirus infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində nəzarət –profilaktik tədbirləri davam etdirir. Növbəti belə tədbir polis əməkdaşları tərəfindən ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə başlayıb. Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır. Özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.Polis əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən mehmanxanalarda və kafe restoranlarda monitorinqlər apararaq karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər. Müştərilərinin COVİD-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər. Bildirilib ki, dezinfeksiya vasitələri olmalı, xidmət personalı mövcud sanitar qaydalarına riayət etməlidir.