• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 08.12.2021 19:59

"Omikron" ştammından necə qorunmalı?

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni "omicron" ştammının dünyanın 57 ölkəsində aşkar edildiyini açıqlayıb. Yeni ştamma artıq qonşu Rusiyada da rast gəlinib. Bu isə artıq bizim üçün də həyəcan təbili deməkdir. Əməkdaşımız Elnur Vahidoğlu virusun yeni variantının əlamətləri və ondan qorunmağın yolu barədə mütəxəssis fikirlərini öyrənib.

Yeni "omikron" ştammı dünyada sürətlə yayılmaqdadır. Bir çox ölkələr sərt karantin qaydaları, ölkəyə girişə məhdudiyyətlər, qadağalar tətbiq edirlər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, daha yoluxucu olan "omikron"un sürətlə bütün dünyaya yayılma ehtimalı yüksəkdir. Virusun bu variantı tam öyrənilmədiyinə görə ona qarşı mübarizə vasitələri hələlik əvvəllər qəbul edilmiş sanitar-gigiyena normalarıdır. Yeni ştammın əlamətlərinə gəlincə...

Hazırda pandemiyaya qarşı ən güclü və ən yaxşı profilaktika vaksinasiya olunmaqdır. Odur ki, səhiyyə qurumları vətəndaşları vaxt itirmədən gücləndirici - buster doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Mütəxəssislər qeyd edirlər ki, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

 

Elnur Vahidoğlu