• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 07.12.2021 12:32

İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadəsinə icazə verib

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların hazırlanması ilə məşğul olur. Sözgüedən kapsullar 3D printerdə çap olunur. İndi isə rəsmi olaraq məlum olub ki, İsveçrə hökuməti bu cür kapsulların istifadəsinə icazə verib. İntihar etmək üçün nəzərdə tutulmuş bu kapsulların əsas fərqləri ondan ibarətdir ki, onların istifadələri nəticəsində baş verən ölüm halı bu proses çərçivəsində həkimin mütləq iştirakını tələb edən müəyyən maddələrin istifadəsi ehtimalını aradan qaldırır. İntihar etmək üçün nəzərdə tutulmuş bu cür kapsuldan istifadə üçün hətta psixoloqdan xüsusi icazə də almağa ehtiyac qalmır. Sözügedən texnologiya həmçinin evtanaziya prosesini təkcə ixtisaslaşdırılmış klinikaların divarları əhatəsində deyil, həmçinin təbiət qoynunda da reallaşdırmağa imkan verəcək. 2020-ci ildə İsveçrədə 1300 nəfər insan leqal və könüllü şəkildə evtanaziya vasitəsilə intihar edib. Bu məsələdə onlar iki təşkilatın köməyindən istifadə ediblər: Exit (Exit International şirkəti ilə əlaqəsi yoxdur) və Dignitas.
Bu təşkilatlar psixi müayinə prosesindən keçərək intihar məsələsində yardım əldə etmək istəyən şəxslərə pentobarbital adlı preparatı içmək təklifini edirlər. Qeyd etmək lazımdır ki, bu preparatın istehsalı və dövriyyəsi Azərbaycanda və digər ölkələrdə ciddi şəkildə nəzarətdədir.
Sözügedən preparatı qəbul edəndən 3-5 dəqiqə sonra insan yuxuya gedir, 5-10 dəqiqədən sonra dərin komaya düşür və növbəti mərhələdə artıq vəfat edir. Exit International şirkətinin hazırlamış olduğu Sarco adlı kapsullar isə daha fərqli üsuldan istifadə edirlər. Onların istifadələri çərçivəsində insan hər hansısa preparatı qəbul etməli olmur. Sarco adlı kapsul intihar etmək qərarını vermiş şəxs tərəfindən kapsul daxilində aktivləşdirilir. Daha sonra kapsulda mövcud olan təhlükəsizlik sistemi həmin şəxsə müəyyən suallar verir. Bu üsul ilə şəxsin adekvat vəziyyətdə bu qərarı qəbul etdiyi müəyyən edilir. Daha sonra isə kapsul daxlindəki şəxs xüsusi düyməyə klikləməklə evtanaziya prosesini işə salır. Kapsulun aktiv fazası 30 saniyə çəkir. Bu müddət ərzində kapsulun daxili hissəsi azot qazı ilə dolur. O isə öz növbəsində oksigen miqdarını 21%-dən 1%-ə endirir. Huşunu itirməmişdən öncə kapsul daxilindəki şəxs yüngül eyforiya yaşayır. Nəticədə kapsul daxilindəki şəxs orqanizmdə oksigen və CO2 çatışmazlığı səbəbilə vəfat edir.
Keçən il Exit International şirkəti bu texnologiyanın İsveçrə regionunda istifadəsinin qanunauyğunluğu üzrə araşdırma aparmışdı. Nəticədə şirkət İsveçrə hökumətindən bu texnologiyanın istifadəsi üçün icazə aldı.

Belə ki, onun istifadəsinin qadağan olunması üçün heç bir hüquqi məhdudiyyət yoxdur. Hal hazırda Sarco kapsulu 2 prototip şəklində mövcuddur və üçüncü prototip Niderlandda hazırlanır. Şirkətin əsas məqsədi ölüm prosesini tibb sahəsindən kənara çıxartmaq və bu prosesə hər hansı bir tibbi müdaxilənin qarşısını almaqdır. “İndiki vaxtda həkim və ya həkimlər pentobarbital preparatının verilməsi üçün insanın psixi vziyyətini təyin etməli olurlar. Biz bu prosesdən istənilən bütün psixoloji müayinə mərhələlərini çıxartmaq və insana prosesi fərdi şəkildə idarə etmək imkanını təqdim etmək məqsədini hədəfləmişik. Bizim əsas məqsədimiz süni zəkaya əsaslanan müayinə sistemini yaratmaqdır. Bu cür sistem insanın psixoloji vəziyyətini təyin edə bilər. Təbii ki, bu məsələ və əsasən də psixiatriya ilə bağlı skeptik fikirlər mövcuddur. Lakin konseptual ideyanın məğzi ondan ibarətdir ki, insan online testdən keçir və Sarco kapsulu üçün nəzərdə tutulmuş giriş kodunu əldə edir” - deyə şirkət rəhbəri qeyd edib.