• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 06.12.2021 20:08

Pandemiya dövründə poçt xidmətləri

KepezTV Player

İnkişaf etmiş ölkələrin statistikası göstərir ki, əhali arasında poçt xidmətinin növləri, bağlamaların, banderolların, məktub və korrespondensiyasının, pul baratlarının mübadiləsi gündən-günə artır. Respublikamız da bu dövlətlər sırasındadır. Xüsusilə pandemiya dövründə "Azərpoçt"un bütün filialları kimi, Gəncə filialı da əhaliyə etibarlı şəkildə xidmət göstərir.

Gəncə poçtamtı müştərilərə ənənəvi poçt xidmətlərini göstərməkdə davam edir. Eləcə də vətəndaşlar tərəfidnən vergi ödəmələri, DSMF-nun xidmətləri, sığorta, komunal xidmətlər, internet, eləcə də beynəlxalq və Respublika daxili pul köçümələri həyata keçirilir. Bəs bu əməliyyatlarla bağlı müraciət edən vətəndaşlar pandemiya qaydalarına əməl edirlərmi?

Vətəndaş məsuliyyəti ilə yanaşı koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər də görülür. Gəncədə poçt xidməti göstərilən binalarda pandemiya ilə mübarizə məqsədi ilə mütəmadi dezinfeksiya işləri həyata keçirilir.

Biz nə qədər fəal olsaq, görülən işlərin faydalı iş əmsalı daha yüksək ola bilər. Odur ki, əsl vətəndaş mövqeyi ortaya qoyaraq sağlamlığımız naminə pandemiyaya qarşı mübarizədə həmrəy olmaqla adıçəkilən virusa qalib gələ bilərik.

 

Valeh Anaroğlu