• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 06.12.2021 20:15

Odessadan ilk dəfə olaraq təyyarə ilə

KepezTV Player

Müstəqillik tariximizdə ilk dəfə olaraq Odessa ilə Gəncə arasında hava əlaqəsi yaradılıb. Qardaş şəhərlər arasında əlaqəni daha da möhkəmləndirəcək təyyarə reysi həftədə bir gün yerinə yetiriləcək. Təlabat olarsa uçuşların sayı artırılacaq.

Odessadan Gəncəyə ilk reys bazar ertəsi günü reallaşıb və elə həftənin birinci günləri yerinə yetiriləcək. Ukraynadan yerli vaxtla səhər saat 9-dan havaya qalxan təyyarə saat 13:20-də Gəncə beynəlxaq hava limanına eniş edib. Təyyarə elə həmin gün də Ukraynaya qayıdır. Saat 14:20-də havaya qalxaraq 2 ssat 20 dəqiqədən sonra Odessada olur.

Həm vaxt itkisi baxımından, həm də əlavə xərcə görə sərfəli olan Odessa-Gəncə-Odessa reysi sərnişinlərin də ürzəyincədir. Reysin bir istiqamət üzrə qiyməti 350 manatdır.

Odessa ilə yanaşı Gəncədən Rusiyanın Moskva və Sankt- peterburq, eləcə də Türkiyənin İstanbul şəhərlərinə mütəmadi reyslər həyata keçirilir. Gələn ilin yanvarından İstanbula resylərin sayının artırılması planlaşdırılır. Daxili reys olaraq isə Gəncədən Naxçıvana uçuşlar reallaşdırılır.

 

Elnur Vahidoğlu