• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 672
— 04.12.2021 19:05

"Çempionumuz" layihəsi çərçivəsində növbəti görüş

KepezTV Player

Gənclər və İdman Nazirliyinin “Çempionumuz” layihəsi çərçivəsində Gəncədə iki idmançı ilə məktəblilərin görüşü təşkil edilib. 28 nömrəli tam orta məktəbdə baş tutan görüşdə bu dəfə aikido idman növü üzrə 5-ci Dan qara kəmər ustası Ramin Yusifov və qızı Kombat Ciu-Citsu üzrə dünya çempionu Fidan Yusifova şagirdlərlə bir araya gəlib. Hər iki idmançı haqda videoçarx izləndikdən sonra ata və övladı ayrı-ayrılıqda karyeraları, nailiyyətləri, hər iki idman növünün sirləri haqda fikirlərini paylaşıblar. Qeyd olunub ki, idmanla məşğul olmaq həm pis vərdişlərdən uzaq durmaq, həm də sağlam həyat tərzi üçün böyük əhəmiyyət kəsb edir. Daha sonra şagirdlər Ramin Yusifov və Fidan Yusifovaya onları maraqlandıran, bilmək istədikləri sualları veriblər və idmançılar da bu sualları cavablandırıblar. Layihə uyğun olaraq qarşıdakı aylarda başqa məktəblərdə də Gəncənin tanınmış idman simaları ilə görüşlər keçiriləcək.