• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 05.12.2021 20:15

Məktəblilərə aqrar sahənin özəllikləri aşılandı

KepezTV Player

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində Gələcəyin Aqronomları adlı layihənin təlimləri Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub. Göygöl,Samux,Gəncə məktəblərindən olan şagirdlər  layihəyə cəlb olunaraq, Aqrar sahənin inkişafı naminə təlimçilərin nəzəri biliklərindən faydalanıblar. Şagirlər Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan təhsil korpuslarındakı şəraitlə əyani tanış olublar. Meşəçilik,üzümçülük ixtisası üzrə əkin sahələrinə gedən məktəblilərdə arqonomluq ixtisasına maraq aşılanıb. Daha sonra  Şəmkir Aqroparkında olan şagirdlər onun fəaliyyəti ilə tanış olublar.