• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 05.12.2021 20:09

Polis reyd keçirdi, qayda pozanlar var

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir. Aparılan monitorinqlər zamanı bir neçə  “Lada”,“VAZ”, “Mercedes” və “Tofaş” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi, dövlət qeydiyyat nişanı olmadan minik vasitəsinin idarə edilməsi aşkar edilib. Bundan başqa araşdırmalar zamanı bəzi sürücülərin şəhər ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq sosial şəbəkələrdə paylaşması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.