• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 04.12.2021 15:58

Goranboyda qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar

KepezTV Player

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki qəbiristanlıqlardan ümumi dəyəri 300 manatdan çox olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, Kənan Həsənov və Amil Bayramov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər. Faktlarla bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.