• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 03.12.2021 20:35

Elmi-praktiki konfrans keçirilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, Nizamişünas alimlər və xarici qonaqlar Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bir araya gəliblər. Mütəfəkkirin adına nəşr olunan monoqrafiya və kitablar, xarici ölkələrin kitabxana və muzeylərində saxlanılan əlyazmaları və əsərlərinə çəkilən miniatürlərin sürətləri, Nizami ədəbi irsinin tətbiqi və təbliğinə həsr olunan jurnallar nümayiş etdirildiyi sərgi ilə tanışlıqdan sonra başlayan elmi-praktiki konfrans dahi şairlə bağlı məruzələrin dinlənilməsi ilə davam edib. 2021-ci ilin Nizami ili elan olunması dahi şairin şəxsiyyətinə və ədəbi irsinə, azərbaycançılığa etiramın ifadəsi kimi dəyənləndirilib. Konfransda həmçinin görkəmli dövlət xadimləri və tanınmış siyasi liderlərin Nizami Gəncəvi haqqında fikirlərinin yer aldığı video-çarx da nümayiş olunub.