• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 03.12.2021 20:37

Qaydalara əməl etmək sağlamlığa aparan əsas yoldur

KepezTV Player

Artıq üç ilə yaxındır ki, bütün dünyada olduğu kimi ölkəmizdə də arzu olunmayan koronvirusla mübarizə aparılır. Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəsi Hande Harmancı da tövsiyyə və qadağalara əməl etməkdə faydanın böyük olduğuna diqqət çəkir.

Ölkəmizdə koronavirisa yoluxma statistikasında müşahidə edilən dəyişikliklər virusun qeyb olmadığını, onunla mübarizənin davam etdiyini deməyə əsas verir. Yoluxanlarının sayının 4 rəqəmli olması sosail məsafəni saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək kimi vacib amillərin ikinci plana keçmədiyini göstərir. Virusun yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlər vəziyyətin müsbətə doğru dəyişməsinə hesablanıb.

Hande Harmancı ÜST-ün Azərbaycandakı nümayəndəsi: Artıq pandemiyyanın üçünücü qışına girərkən əvvəldən bilmədiyimiz bir çox şeyləri bilirik. Maskadan düzgün istifadəni xüsusi ilə qeyd etmək istəyirəm ki, burun və ağız maskanın altında  qalmalıdır. Maskadan istifadə edərkən maskanın önünə əllə toxunmaq olmaz. Vaksinlər indi bizim əlimizdə bu xəstəliyə qarşı ən önəmli silahımızdır. Ona görə də ən əsası yaşı 60-dan yuxarı olan insanların vaksini qəbul etməyə dəvət edirəm. Vaksin bizi ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruduğu dəqiqdir. Azərbaycanda istifadə olunan vaksinlər bizi ağır xəstəlikdən və ölümdən qoruyur. Hazırda Azərbaycanda durum stabil görünür. Nə çox yükəsk artım var, nə də azalma var. Bu pis xəbər deyil. Ancaq diqqət etməyimizi xatırladıram. Özəlliklədə yeni ştamların ortaya çıxma ehtimalı hər zaman var.

Tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq ən əsası isə vaksin olunmaq pandemiyanın qarşısını almaq üçün ən vacib şərtlərdir. Mövcud olan tendensiyanı qoruyub saxlamaq, eləcə də virusa qalib gəlmək üçün vətəndaşların üzərinə böyük məsuliyyət düşür.

Özümüzün və ətrafdakıların sağlığını istəyiriksə qoyulan qaydalara əməl edib birlikdə bu bəladan qurtulmalıyıq. Bu həm də sağlam cəmiyyətin formalaşması üçün atılan mühüm addımdır.

Elnur Vahidoğlu