• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2429
— 02.12.2021 20:01

Prezident İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib. Türkiyəli nazir helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı başsağlığı verib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancarı qəbul edib.Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğulayıb. Dövlət başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirib. Əziz Sancar Vətən müharibəsindəki qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini deyib.

Dövlət başçısı ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri də qəbul edib.Azərbaycanda digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.