• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 01.12.2021 20:38

Şairin yubileyi münasibətilə tamaşa nümayiş etdirilib

KepezTV Player

Naftalanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilib. Tədbir prezident İlham Əliyev tərəfindən elan edilən “Nizami ili” çərçivəsində reallaşıb. Naftalan Şəhər İcra Hakimiyyətinin Gəncə Regional Mədəniyyət İdarəsi ilə bairgə təşkil etdiyi tədbirdə qonaqları xalq artisti Alim Məmmədov dahi mütəfəkkir Nizami Gəncəvi obrazında salamlayıb. Şairin əsrlər boyu öz aktuallığını itirməyən ibrətamiz kəlamları dilə gətirilib. Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə ümummili liderin həyat və fəaliyyəti ilə tanışlıq olub. Sonra tədbir iştirakçıları incəsənət və rəssamlıq məktəbinin şagirdlərinin “Xəmsə” və “Zəfər günü” mövzularında ərsəyə gətirdikləri rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Gəncə Dövlət Kukla Teatrının aktyorları tərəfindən Nizami Gəncəvinin “Yedii gözəl” poemasının motivləri əsasında hazırlanan “Xeyir və şər” tamaşası nümayiş etdirilib. Tamaşanın əsas izləyiciləri şəhid və qazi övladları, o cümlədən məktəblilər olub.