• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 01.12.2021 20:33

Sürücü və sərnişinlər hədəf seçilib

KepezTV Player

Spirt məhlulu, eləcə də şəffaf arakəsməsi olmadan ictimai nəqliyyatı idarə edən sürücülər. Bundan başqa maska taxmadan avtobusda əyləşən sərnişinlər. Pandemiyya qaydalarının ciddi şəkildə pozulması Gəncədə avtobuslarda aparılan reydlər zamanı müşahidə edilən mənzərədir.

İctimai nəqliyyatda pandemiya qaydalarının ciddi şəkildə pozulduğu şəhərin mərkəzi hissəsində aparılan reyd zamanı aşkarlandı. Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma idarəsinin əməkdalarının keçirdiyi reyd zamanı avtobus və mikroavtobuslarda arakəsmənin olmadığı, tibbi məhlulun olmadığı aşkar edilib.

Reyd zamanı sürücülər və sərnişinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri izah edilib. Qadağalara əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ruslan Paşayev  Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin hüquqşünası: Pandemiyya dövrü ilə əlaqədar qeyd edilmiş metodiki göstərişlərə nəzarət məqsədi ilə idarəmizin əməkdaşları tərəfindən davamlı olaraq manitorinqlər keçilir. Manitorinq zamanı aşkar edilmiş nöqsan dərhal aktlaşdırılaraq müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq aradan qaldırılır. Avtobus daxilində şəffaf ara kəsmə olmadıqda və tibbi məhlul olmadıqda sürücü pandemiyya dövrü ilə əlaqədar hər hansı bir nöqsan etdikdə dərhal aktlaşdırılır və bu barədə daşıyıcı şirkətə məlumat verilir.

Gəncədə ictimai nəqliyyatda aparılan reyd zamanı sürücü və sərnişinlər təlimatlandırılaraq onlara maskalar da paylanıb.

Aparılan yoxlamalar zamanı 1 ay ərzində Gəncədə 10 sürücü cərimə edilərək nəqliyyat vastəsi xətdən uzaqlaşdırılıb.

Elnur Vahidoğlu