• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1884
— 01.12.2021 20:24

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt-beton örtüyü döşənir

KepezTV Player

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı inşa olunub. İlk 11 km-lik hissədə torpaq işləri və suni qurğuların inşası bitib. Hazırda asfalt-beton örtüyünün alt layı döşənir. 3-cü və 5-ci km-lik hissədə isə yolun genişləndirilməsi, əsasın alt və üst layının tikintisi işləri icra olunub. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilən Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Anar Nəcəfli AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su keçidi, həmçinin tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də icra olunur. Artıq layihə üzrə nəzərdə tutulan 12 dairəvi boru və 5 yolaltı keçidin inşası yekunlaşıb. Ümumilikdə isə yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı layın asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.