• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1397
— 01.12.2021 20:20

Laçının işğaldan azad olunmasından 1 il ötür

KepezTV Player

Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. 2020-ci il noyabrın 10-da imzalanan bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb.

1992-ci ilin mayında Şuşanın işğalından 10 gün sonra Laçın da erməni qəsbkarları tərəfindən zəbt edildi. Bununla da faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Ermənilər 28 illik işğal dövründə digər rayonlarımız kimi Laçının da təbii sərvətlərini, maddi nemətlərini talamaqla məşğul olublar. Beynəlxalq hüquq normaları kobud şəkildə pozularaq burada da qanunsuz məskunlaşdırma aparılıb. Amma uzun illər dünyanın göz yumduğu ədalətsizliyə Azərbaycan özü son qoydu. Şanlı Ordumuzun 44 gün ərzində keçdiyi şərəfli döyüş yolu ilə torpaqlarımız azadlığa qovuşdu. Yaşayış məntəqələrimiz qarış-qarış düşmən tapdağından xilas olundu. Şuşa şəhərinin azad edilməsinin ardınca Laçın rayonunun bir neçə kəndi də işğalçılardan təmizləndi. Çox keçmədi ki, Ermənistan ağ bayraq qaldırmağa məcbur edildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, Ağdam və Kəlbəcər rayonları kimi Laçın da Azərbaycana qaytarıldı. Dekabrın 1-də işğalçılardan təmizlənən rayon əzəli sahiblərinə təhvil verildi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Beləliklə, 28 il ərzində erməni vəhşiliyinin əsirinə çevrilən Laçın öz azadlığına qovuşdu. İşğal illərində olduğu kimi, ermənilər bu rayonu tərk edərkən də öz barbarlıqlarından əl çəkmədilər. Evləri yandırdılar, meşələrə od vurdular, suları çirkləndirdilər. Bütün bunlara baxmayaraq 1 dekabr Laçın üçün yenidən gözəl günlərin başlandığı tarix oldu. Hazırda işğaldan azad edilən digər rayonlarımız kimi Laçında da yenidənqurma işləri sürətlə davam edir. Rayondakı hərbi və mülki təyinatlı obyektlər elektrik enerjisi, içməli su ilə təmin olunub.  Kəlbəcər – Laçın, Xudafərin – Qubadlı – Laçın avtomobil yollarının, Laçın hava limanının inşası davam etdirilir.

Laçının işğaldan azad edilməsi ilə ölkənin müxtəlif rayonlarında məcburi köçkün həyatı sürən 80 min rayon sakininin torpaq həsrətinə son qoyuldu.  İndi Laçınlıları yenidən gülüstana çevrilən