• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 01.12.2021 12:27

Şəhid sərhədçilərlə vida mərasimi keçirilir

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb. Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin "Sərhədçi" İdman Kompleksinə aparılıb. Hazırda vida mərasimi davam edir. Sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək. Hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət işi başlanıb.