• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2433
— 30.11.2021 16:20

Mağazalarda COVİD-19 ilə bağlı diqqət edilməli məqamlar

KepezTV Player

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün qapalı yerlərdə, xüsusən də əhalinin ən çox istifadə etdiyi məkanlarda - mağazalarda alış-veriş edən zaman diqqətli olmaq lazımdır. Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində mağazalarda mövcud durum necədir?

Pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri aparılsa da, məsuliyyətsizlik nəticəsində bəzən xoşagəlməz hallar baş verir. Bu hallardan sığortalanmaq üçün isə tək seçim var, tələb olunan qaydalara riayət etmək.

Sanitar gigiyenik normaların tələblərinə əsasən mağazalara daxil olarkən girişdə yerləşdirilmiş dezinfeksiyaedici məhlullardan və tibbi maskalardan istifadə etmək lazımdır. Həmçinin bəzi məhsullar var ki, o məhsullara əllə toxunmağa icazə verilmir. Bəs mağazalarda qoyulan tələblərin icrasına nəzarət olunurmu?

Hal-hazırda xəstəliklə mübarizədə ən effektiv üsul peyvəndləmədir. Odur ki, ölkə əhalisi nə qədər tez vaksin olunsa, kollektiv immunitet yaranar. Eləcə də qoyulan tələblərə də ciddi yanaşılarsa COVİD-19 bəlasından xilas olmaq mümkün olar.

 

Valeh Anaroğlu