• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 30.11.2021 15:59

Kəlbəcərin azad olunmasının ildönümü və şəhidlərə həsr olunan açıq birincilik

KepezTV Player

Sərbəst güləş üzrə Kəlbəcər rayon açıq birinciliyi keçirilib. Yarış Kəlbəcərin işğaldan azad olunmasının 1-ci ildönümü və vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini yad etmək məqsədilə təşkil edilib. Gəncə Olimpiya İdman kompleksində baş tutan açıq birincilikdə müxtəlif şəhər və rayonları təmsil edən 16 komandanın pəhləvanları xalça üzərinə çıxıb. Gəncə, Sumqayıt, Laçın, Kəlbəcər, Mingəçevir, Tərtər, Şəmkir, Samux, Qazax və Masallıdan olan uşaq və yeniyetmə güləşçilər arasında reallaşan mübarizələrdə 150-dən çox idmançı qüvvəsini sınayıb. 2 gün davam edən yarışın sonunda fəxri yer tutanlar medal və diplomla təltif ediliblər.