• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 30.11.2021 16:17

Helikopter qəzasında həlak olan və yaralanan hərbi qulluqçuların adları açıqlanıb

KepezTV Player

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. "Heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk", - deyə dövlət başçısı bildirib. ***Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu - polkovnik Cavadov Fizuli Əli İbram oğlu; polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu; mayor Həsənov Elmir Mircəlil oğlu; mayor Əhmədov Elbrus Səmrəddin oğlu; mayor Mayılov Emil Şahid oğlu; mayor Məmmədov Murad Yaşar oğlu; mayor Əliyev Emil Elman oğlu; tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; kapitan Bayramlı Cavid Əhliman oğlu; kapitan Əliyev Xəyyam Əlixan oğlu; kapitan Qaraisayev Teymur Ənvər oğlu;leytenant Süleymanov Abdulla Telman oğlu; baş leytenant Nağıyev Fərid Təyyar oğlu; işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub. Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu isə yaralanıblar. **Türkiyənin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib.