• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 29.11.2021 20:40

Qanunsuz küçə ticarətinin qarşısı alınır

KepezTV Player

Yol kənarlarında məhsul satanların ətrafda yaratdığı antisanitar vəziyyət. Üstəlik piyadaların gediş gəlişə törədilən maneə. Son dövrlərdə Gəncədə geniş vüsət alan bu hal insanların haqlı narazılığına səbəb olub. Bundan irəli gələrək şəhərin Nizami rayonu ərazisində reydlər keçirilir. Əməkdaşlarımız belə yoxlamalardan birində iştirak edib.

Bu görüntülər şəhərin Nizami rayon ərazisində qanunsuz küçə ticarətinin aparıldığı yerlərdən birində çəkilib. Hərəkətinin intensiv olduğu bu ərazi ilə yanaşı Nizami prospekti, Əttarlar, Şeyx Bahəddin, 28 may küçələri də satışla harda gəldi məşğul olanların məskəninə çevrilib. Küçədə, açıq havada, üstəlik antisanitar şəraitdə edilən ticarət satılan məhsulların sağlamlıq üçün də təhlükə yaratdığından xəbər verir. Belə halların qarşısını almaq üçün Nizami rayon İcra Hakmiyyətinin başçısı və Rayon Polis İdarəsinin rəisi şəxsən yoxlamalar aparmaqla bir tərəfdən satıcılarla maarifləndirici söhbərlər edirlər, digər tərəfdən xoş olmayan mənzərənin aradan qaldırılmasına çalışırlar.

Qanunsuz küçə ticarəti avtomobillərin və piyadaların hərəkətinə maneə olduğundan reyd zamanı buna yol verənlərə ticarəti bazarlarda, qapalı məkanlarda etmək təklif edilib. Bunun üçün onlara şəraitin yaradıldığı da xatırladılıb.

Qanunsuz küçə ticarəti ilə bağlı reydlər şəhər üzrə aparılır və mütəmadi hal alacaq.

Elnur Vahidoğlu