• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 29.11.2021 20:33

Tibb məntəqələrində COVİD-19-la mübarizə üçün yaradılan şərait

KepezTV Player

Bütün sahələrdə olduğu kimi təhsil müəssisələrində də COVİD-19-la mübarizə tədbirləri həyata keçirilir. Gəncənin məktəblərində də bu infeksiyanın qarşısının alınması istiqamətində həm tibbi personal, həm də müəllim heyəti var gücü ilə çalışır.

Nizami yurdundakı bütün təhsil ocaqlarında Covid-19-la mübarizə üçün tibb məntəqələri yaradılıb və tibbi personal fəaliyyət göstərir. Burada gündəlik olaraq şagird, müəllim və texniki işçilər müvafiq yoxlamadan sonra məktəbə buraxılırlar. Təhsil müəssisələrində görülən bu tədbirlər birbaşa yoluxma hallarının artmamasına hesablanıb. Buna görə də məktəblərin girişləri, eləcə də tibb otaqları xəstələyin ilkin əlamətlərini aşkar etmək üçün tibbi vasitələr və lazımi avadanlıqlarla təchiz edilib.

Gündəlik nəzarətlə yanaşı, təhsil müəssisələrində pandemiya qaydaları haqda şagirdlərlə maarifləndirici söhbətlər də aparılır. Onlara koronavirusla mübarizə çərçivəsində verilən göstərişlərə, yəni tibbi maska, gigiyenik vasitələrdən istifadə qaydalarına riayət etmək, ara mərafəsi saxlamaqla bağlı tövsiyələr verilir. Ümumiyyətlə tibb işçiləri ilə birlikdə müəllimlər də məktəbliləri COVİD-19-la əlaqədar məlumatlandırmaqla bərabər, həm də nəzarəti əldən vermirlər.

Gəncənin məktəblərdə 5000-ə yaxın müəllim və texniki işçi kontingenti çalışır. Onlardan 4700-dən çoxu virusa qarşı 1-ci və 2-ci doza vaksini vurdurub. Təxminən 3000-ə yaxın təhsil işçisi isə buster doza olan 3-cü peyvəndi qəbul edib.