• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 28.11.2021 20:11

Konstantin Abramenkonun vəfatından 16 il ötür

KepezTV Player

Gəncədə uşaq futbolunun inkişafında böyük əməyi olan Konstantin Abramenko dünyasını dəyişməsinin 16-cı ildönümündə yad olunub. Bu münasibətlə şəhərin futbol ictimaiyyətinin nümayəndələri - veteran futbolçular, Abramenkonun yetirmələri, həmçinin azarkeşlər onun Fəxri Xiyabanda olan qəbrini ziyarət edərək önünə gül düzərək ruhuna dualar oxuyublar. "Kostya dayı" kimi tanınan məşqçinin ölkə futboluna Maşallah Əhmədov, Asif Əliyev, Mehman Allahverdiyev və bu qəbildən bir çox istedadlı simalar bəxş etdiyi qeyd edilib. Onunla bağlı xatirələrini bölüşənlər Konstantin Abramenkonun gələcək nəsillərə tanıdılması istiqamətində turnirlər təşkil olunmasını təklif ediblər. Onun vaxtilə məşq keçdiyi Lokomotiv meydançasının da yaxın gələcəkdə yenidən qurulması üçün AFFA-ya müraciət olunduğu da diqqətə çatdırılıb.