• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 28.11.2021 19:40

Qəza olub, bir nəfər dünyasını dəyişib

KepezTV Player

Şəmkirdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəlli kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "AzSamand " markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dünyasını dəyişən şəxs Gədəbəy rayon sakini, 25 yaşlı İsmayılov Xəyal Qalib oğludur. Xəsarət alanlar isə 24 yaşlı Əsgərov Coşqun Qəhrəman oğlu və onun qardaşı 21 yaşlı Daşqın Əsgərov olub. Faktla bağlı araşdırma aparılır.