• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 27.11.2021 19:52

Aşıq Ələsgərin yubileyi keçirilib

KepezTV Player

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamına uyğun olaraq Gəncənin 13 nömrəli orta məktəbində tədbir keçirilib. Gəncə şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Aşıq Ələsgərin çoxəsrlik aşıq sənətinin ənənələrini davam etdirməsindən, bəstələrinin Azərbaycanın mədəni sərvətləri xəzinəsinə daxil olduğundan danışılıb. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Tədbirdə məktəbin şagirdləri Aşıq Ələsgərin sözlərinə bəstələnən mahnılar ifa edib, şerlər səsləndiriblər.