• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 26.11.2021 12:03

“Komando”lara "hazır ol" göstərişi

KepezTV Player

Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib. General-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində deyib ki, hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının xüsusi əhəmiyyəti var. Müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirib. Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan Zakir Həsənov əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.