• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 25.11.2021 11:40

Axtarışda olan Şəmkir sakinləri saxlanılıb

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək axtarışda olan Şəmkir rayon Şiştəpə kənd sakinləri-Zaur Aslanov, Bəylər Aslanov və Zabil Aslanov saxlanılıblar. Polis əməkdaşları həmin qardaşların yerini Bakı şəhərində müəyyən edərək Nizami rayon Polis İdarəsinə gətiriblər. İdarədə onların üzərinə baxış keçirilən zaman, metamfetamin aşkar olunaraq götürülüb. Hər üç şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.