• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 24.11.2021 16:16

Silsilə oğurluq edənlər saxlanıldılar

KepezTV Player

Goranboyda silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar.&nbsp;Samux rayon sakini, əvvəllər məhkum olunmuş, Nadir Hüseynov yaxın qohumu və həmyerlisi  Röyal Həsənov ilə birlikdə noyabrın 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.<br>Nadir Hüseynov daha iki avtomobildən oğurluq edib. Maşınlardan biri Vətən müharibəsi şəhidinin atasına məxsus olub. Hüseynov Həmin maşından 360 manat dəyərində maqnitafon və səsgücləndirici aparıb. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib