• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 24.11.2021 12:07

Ət kəsimi məntəqələrində nöqsanlar akarlanıb

KepezTV Player

Qazaxda qanunsuz heyvan kəsiminin tənzimlənməsi və nəzarət tədbirlərinin gücləndirilməsi ilə baglı reyd keçirilib. AQTA-nın Tovuz regional bölməsi, Daxili işlər Nazirliyi və rayon icra Hakimiyyətinin əməkdaşlarının birgə yoxlamaları zamanı Əliaga Şıxlıniski küçəsində sanitar-gigyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və satışının həyata keçirdiyi aşkar olunub. Həmçinin reyd zamanı qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə olunan dəmir konstruksiyaların istifadə edildiyi aşkarlanıb. Qanun pozuntusu aşlar edilən obyektlərin sahibləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada müvafiq tədbirlər görülüb. Bu kimi obyektlərin fəaliyyətlərinin qida təhlükəsizliyi sahəsində texniki-normativ  hüquqi aktların tələblərinə uygunlaşdırılması istiqamətində tədbirlər görülüb. Eləcə də heyvan kəsiminin mərkəziləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirilməsi ilə baglı göstərişlər verilərək nöqsanlar aşkarlanan obyektlərin fəaliyyəti nəzarətə götürülüb.