• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2394
— 22.11.2021 16:17

Radikalizm və ekstremizmlə bağlı seminar

KepezTV Player

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” adı altında seminar keçirilib. Tədbirdə komitə rəsmiləri, şəhər icra hakimiyyətinin nümayəndələri, eləcə də yeniyetmə və gənclər iştirak ediblər. Radikalizmin və ekstremizmin yaratdığı fəsadlar, gələcək təhlükəsi haqda ətraflı məlumat verilib. Qeyd olunub ki, yeniyetmə və gəncləri radikal dini düşüncələrdən və ekstremist meyllərdən qorumaq məqsədilə mütəmadi olaraq bölgələrdə bu cür maarifləndirici tədbirlərin təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Daha sonra seminarın mövzusu ətrafında fikir mübadiləsi aparılıb, radikallarla dindarların fərqi izah olunub. Sonda  Milli Mənəvi Dəyərlərin təbliği fondu tərəfindən çap edilən 50-ə yaxın 1000-dən artıq kitab tədbir iştirakçılarına paylanıb.