• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 22.11.2021 12:15

Etiraz aksiyaları başlayıb

KepezTV Player

Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən etiraz aksiyaları başlayıb. Aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir. Etirazların təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir. Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər. İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb. Polis etirazçıların aksiyaları dayandırmasını tələb edib. Son məlumatlara görə, 18 nəfər saxlanılıb. Bu gün saat 17.00-da isə Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur.